Azərbaycanla Türkiyənin qardaşlığı və dostluğu sərhəd tanımır...

Tezadlar.az TRT1-ə istinadla qeyd edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə dünənki müsahibəsində bu barədə danışıb. "Türk dövlətləri ilə, xüsusən də qardaşım İlham Əliyevlə görüşümüz türk dünyasına olan həssaslığımızın ən gözəl nümunəsidir”,- deyən Rəcəb Tayyib Ərdoğan müsahibəsində sonra belə söyləyib: "Bu qardaşlıq və dostluq sərhəd tanımır...".

Prezident "Millət İttifaqı”nın prezidentliyə namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu  isə sərt tənqid edib:"Kılıçdaroğlu Türkiyəyə Boraltan körpüsünün utancını yaşatmaq istəyir. Dedilər ki, ruslar bizi öldürməsin, ermənilər bizi öldürməsin, siz öldürün. İndi Qarabağın azad edilməsi ilə bu qara ləkəni təmizlədik. Biz bu məsələdə əvvəldən humanist, islami və vicdanlı mövqe tutmuşuq”.

Ərdoğan bu sözləri ilə həm də Azərbaycanın düşmənlərinə bir mesaj verdi ki, Qarabağ Azərbaycan, Azərbaycan da Türkiyə deməkdir!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN