Xəbər verildiyi kimi, “Təzadlar-TV-nin 17.05.2023-cü il tarixli buraxılışında Naftalan şəhər sakini, xəstəxananın sabiq işçisi  Məmmədova Məlahət Kəniş qızının Naftalan Şəhər Mərkəzi Xəstəxanası və xəstəxananın direktoru Allahverdiyev Samir Abdulla oğluna  qarşı subyektiv fikirləri və şikayətləri səsləndirilmişdir. TV efirində çıxış edən şikayətçi aidiyyəti qurumlardan kömək istədiyini də dilə gətirmişdir.

Adı çəkilən veriliş efirə verildikdən dərhal sonra xəstəxananın rəhbərliyi evirdən söylənilənlərin xoşagəlməz və əsassız ittihamlardan ibarət olduğunu bildirən cavab məktubu daxil olmuşdur. «Media haqqında» Qanunun tələblərinə riayət edərək qarşı tərəfin cavab məktubunu oldubu kimi təqdim edirik.

Onu da xatırladırıq ki, TV rəhbərliyi qarşı tərəfə eyni qaydada efir imkanı da verməyə hazır olduğunu bildirmişdir, lakin tərəf bundan imtina etmişdir.

Beləliklə, aşağıda qeyd olunan cavab məktubunu təqdim edirik:

«“TƏZADLAR”qəzetinin baş redaktoru Asif Mərziliyə

Hörmətli Asif müəllim, 17.05.2023-cü il tarixində “Təzadlar“ TV-də efirə gedən “Naftalan Şəhər Xəstəxanasında nə baş verir?” verilişində qonaq qismində iştirak edən Naftalan şəhər sakini Məmmədova Məlahət Kəniş qızı Naftalan Şəhər Mərkəzi Xəstəxanası və onun direktoru  Allahverdiyev Samir Abdulla oğluna qarşı xoşagəlməz və əsassız ittihamlar irəli sürmüşdür. Qarşı tərəfin ittihamlarına cavab olaraq bildiririk ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tibb bacıları Şöbəsinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə keçmiş tibb bacısı Məmmədova Məlahət Kəniş qızı tərəfindən dəfələrlə müəssisədaxili nizam-intizam qaydaları pozulmuş, ona “xəbərdarlıq”,  intizam tənbeh növü olaraq “töhmət” verilmiş, lakin sözügedən şəxs ona verilən intizam tənbehindən heç bir nəticə çıxarmamışdır. O, əksinə olaraq müəssisədaxili intizam qaydalarını və əmək müqaviləsi üzrə əmək funksiyasını pozmaqda davam etməklə yanaşı, xəstəxana rəhbərliyinin ünvanına ictimai yerlərdə, xəstəxananın kollektivi qarşısında nümayişkəranə şəkildə şər və böhtanlar danışmaqdan belə çəkinməmişdir.

  Bildiririk ki, Naftalan Şəhər Polis Şöbəsinin rəisi Z.Bədəlov tərəfindən  06.03.2023- cü il tarixli 3-13-99/2-158/2023 nömrəli TƏBİB-ə ünvalanan məktubda Naftalan Şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım üzrə böyük tibb bacısının əvvəllər 2 (iki) dəfə məhkum olunmuş (birinci dəfə 17.08.2007-ci il tarixində AR CM-nin179.2.2.,179.2.3 və 179.2.4 (mənimsəmə və israfetmə) maddələri ilə 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, ikinci dəfə 05.08.2013-cü il tarixdə AR CM-nin 243.1, 244.2.1 və 66.3 (fahişəliyə cəlb etmə, əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş) Məmmədova Məlahət Kəniş qızının oğlu Naftalan Şəhər Mərkəzi Xəstəxanasında təsərrüfat bölməsində işləyən  Məmmədzadə Rasif Rasim oğlu 05.02.2015- ci il tarixdə AR CM-nin 144.3 və 62- adam oğurluğu maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

naf-sam-1

Məmmədova Məlahət Kəniş qızı Naftalan şəhər Polis Şöbəsinin xidməti işlə bağlı xəstəxanaya gələn polis əməkdaşlarına mühafizəçinin əmək funksiyasına aid olan məsələlərlə bağlı müdaxilə etmiş, polis əməkdaşlarını nalayiq söyüşlərlə təhqir edərək xəstəxananın həyətindən çıxmalarını tələb etmişdir. Bu barədə Naftalan şəhər Polis Şöbəsindən xəstəxanaya və TƏBİB-ə  ünvanlanmış 05.04.2023 tarixli 3-13-99/2-2222/2023 nömrəli və 06.03.2023- cü il tarixli 3-13-99/2-1581/2023 nömrəli məktuba əsasən tərəfimizdən aparılan araşdırma zamanı həqiqətən də Məmmədova Məlahət Kəniş qızının oz əmək funksiyasına aid olmayan müəsisədaxili intizam qaydalarına əməl etməyərək digər işçinin əmək funksiyasına müdaxilə etdiyinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun xəbərdarlıq elan edilmişdir.  

 30.03.2023-cü il tarixində isə Xəstəxanada TƏBİB tərəfindən keçirilən monitorinq yoxlaması zamanı əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsanlara görə 20.04.2023- cü il tarixli PHŞ-6-62/3-1-134/2023 nömrəli əmrlə ona intizam tənbeh növü kimi “töhmət” verilmişdir.

 Lakin verilən intizam tənbehindən nəticə çıxarmayaraq Naftalan Şəhər Mərkəzi Xəstəxanasının TTTY şöbəsin müdiri Hikmət İbrahimovun yazılı məlumatına əsasən keçmiş böyük tibb bacısı Məmmədova Məlahət Kəniş qızı 22.04.2023-cü il tarixində baş tibb bacısı  Abdullayeva Məhəbbət Adil qızından heç bir  tələbnamə olmadan və şöbə müdirinin göstərişi olmadan dərman prepatları götürmüşdür. Dərman preparatlarını şöbənin tibb bacılarına paylayarkən şöbə müdiri Hikmət İbrahimov bundan xəbər tutmuş və dərman vasitələrinin qeyri-qanuni götürüldüyünü bildirərək ondan aptek bölməsinə qaytarmasını tələb etmişdir. Lakin Məmmədova Məlahət TTTY şöbəsində işçilərin qarşısında Şöbə müdiri Hikmət İbrahimovun iş masasında olan sənədləri yerə çırparaq onu təhqir etmişdir.

Qeyd edirik ki, TTTY Şöbəsinin müdiri rəhbərliyə dəfələrlə onun barəsində təqdimat hazırlamış və haqqında danışılan şəxsin şöbədə istədiyi hərəkətlərin etməsindən bir şöbə müdiri kimi onu saymamasından şikayətlənmişdir. Baş vermiş hadisə ilə əlaqədar Hikmət İbrahimovun və Abdullayeva Məhəbbət Adil qızının izahatları alınaraq 27.04.2023- cü il tarixində müvafiq akt tərtib olunaraq rəhbərliyə təqdim olunmuşdur.           

 Dəfələrlə əmək müqaviləsi üzrə əmək funksiyasını layiqincə yerinə yetirmədiyinə, müəssisədaxili intizam qaydalarını pozduğuna, etik davranış qaydalarına əməl etmədiyinə, işlədiyi xəstəxana kollektivinin nüfuzuna xələl gətirən hərəkətlər etdiyinə görə 27.04.2023- cü il tarixli 97 nömrəli məktubla xəstəxana ilk Həmkarlar Təşkilatının sədri Yeganə Nəcəfovaya M.Məmmədovanın yuxarıda göstərilən mənfi  hərəkətlərinin Həmkarlar Təşkilatı Komitəsində müzakirə olunaraq onun əmək müvaqiləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair münasibətini bildirməsi xahiş olunmuşdur. Xəstəxana Həmkarlar Təşkilatı Komitəsinin 02.05.2023- cü il tarixli iclas protokoluna əsasən 03.05.2023- cü il tarixli məktubla Məmmədova Məlahət Kəniş qızının intizam tənbehi olaraq əmək müqaviləsinə ƏM-nin 70- ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz olunmaması barədə 03.05.2023- cü il tarixli məktubla bildirilmişdir.Nəticədə “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tibb bacıları Şöbəsin təcili və təxirəsalınmaz tibbi yardım üzrə tibb bacısı Məmmədova Məlahət Kəniş qızı ilə bağlanmış əmək müqaviləsinə 15.05.2023- cü il tarixində  PHŞ-6-62/3-1-166/2023 nömrəli əmrlə ƏM-in 70- ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

naf-sam-2

 Məmmədova Məlahət Kəniş qızı Xəstəxanaya yeni rəhbərlik təyin edilənə qədər də müəssisədaxili intizam qaydalarını pozmaqla sabiq direktorlara qarşı daim şantaj xarakterli həmlələr etmişdir. Belə ki, 20.09.2022- ci il tarixində Məmmədova Məlahət Kəniş qızı öz tanışlarını işlə təmin etmək məqsədi ilə “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin keçmiş direktor vəzifəsini icra edən  Hacıyeva Zəminə Aydın qızını nizam-intizam qaydalarını pozaraq onun şərəf və ləyaqətini alçaldaraq nalayiq ifadələrlə təhqir etmiş və dövlətin rəsmi möhürünü onun baş nahiyəsinə atmışdır.

 Hörmətli Asif müəllim, 17.05.2023- cü il tarixdə “Təzadlar“ TV-də efirində “Naftalan Şəhər Xəstəxanasında nə baş verir?” verilişində  (Məmmədova Məlahət Kəniş qızınn çıxışı) «Media haqqında» Azərbaycan Respublikası qanununun aşağıda göstərilən bəndlərinin tələbləri  pozulmuşdur. Belə ki, Məmmədova Məlahət Kəniş qızı tərəfindən Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Allahverdiyev Samir Abdulla oğlu və digər səlahiyyətli şəxslər barədə qərəzli, təhqiramiz, şər və böhtanla dolu işgüzar nüfuza, şəxsi həyata dair yanlış məlumatlar səsləndirmişdir. Naftalan Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi Məmmədova Məlahət Kəniş qızının Sizin efirdən istifadə edərək xəstəxananın rəhbərliyinin və kollektivinin ünvanına səsləndirdiyi şər və böhtanla dolu, xəstəxananın nüfuzuna xələl gətirən təhqiredici fikirlərini pisləyir və böyük təəssüf hissi keçirir. Bu səbəbdən də Sizin həqiqəti jurnalist araşdırılması apararaq bilməyiniz məqsədi ilə bütün zəruri sənədləri ünvanınıza göndəririk.

 Hörmətlə,

 Direktor:          Samir Allahverdiyev».

naf-sam-3

naf-sam-4

naf-2

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN