Bir çox restoranlarda, istirahət mərkəzlərində xidmət haqqının, menyudakı qiymətlərin bahalığı heç kəsə sirr deyil. Bəzən isə müştəriyə menyu belə təqdim edilmir.

Müştəri yeməkdən sonra hesabı istədikdə isə gözləri kəlləsinə çıxır və yediyi yemək də, istirahət də burnundan gəlir... Belə şikayətlərdən, narazılıqlardan biri də tanınmış müğənni Niyam Salamiyə (Niyaməddin Səfərov) məxsus olan istirahət mərkəzindəki restorandandır...

Xəbər verildiyi kimi, bir müddət əvvəl müğənni Niyam Salaminin işlətdiyi, Novxanıda yerləşən "My Beach" istirahət mərkəzində alınan yüksək hesabın fotosu sosial şəbəkədə paylaşılaraq, müzakirələrə səbəb olub. 

TEZADLAR.AZ xəbər verir ki, restoranda ödənilən hesabla bağlı daha bir foto yayılıb. Bu dəfə isə müştəri 107 manat 50 qəpik xidməthaqqı tutulmasından şikayət edib.

Müştərinin sifariş etdikləri 430 manat edib. Bunun yanında ondan 107, 50 manat xidməthaqqı tələb olunub. Qəbzdə qeyd edilib ki, sifarişin ümumi məbləğindən 25 faiz xidməthaqqı tutulur. 

h

Müştəri hesabın yer aldığı qəbzi sosial şəbəkədə paylaşaraq, tənqid edib (axşam.az).

Elə ötən gün də Niyam Salaminin işlətdiyi restoranla bağlı bənzər şikayət yayılmışdı. Restoran administratoru bu xidməthaqqına şou-proqramın da daxil edildiyini bildirib.

Qeyd edək ki,  Səfərov Niyaməddin Salam oğlu Masallı rayonunda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəssamlıq ixtisası üzrə tədris alıb. 2009–2021-ci illərdə mərhum bəstəkar Nailə Mirməmmədli ilə işbirlikləri olmuş, ondan dərs almış və onun üçün bəstələdiyi 7 mahnısını da ifa etmişdi.

Xatırladaq ki, müğənni Niyam Salami əvvəllər aşpaz kimi fəaliyyət göstərib. İlk dəfə efirə də mərhum Xalq artistimiz Gülşən Qurbanovanın “Qaynar qazan” verilişinə aşpaz kimi çıxıb və sonradan müğənnilik fəaliyyətinə başlayıb.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN