Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsillilərin ehtiyacları üçün Bakıdan yola saldığı humanitar yardım bu dəqiqələrdə Ağdama çatdırılıb.

Tezadlar.az Ağdam rayon İcra Hakimiyyətinin rəsmisinə istinadla bildirir ki, içərisində 40 ton un məmulatları olan iki TIR Ağdam rayonu ərazisindən Ağdam-Xankəndi yolu istiqamətinə doğru hərəkət edir. Yük aparan avtomobilləri polis əməkdaşları müşaiyət edir. 
 Xatırladırıq ki, bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib ki, avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarına uyğun olaraq bəyanat imzalanıb: “Bəyanatımızın da fəlsəfəsinə görə irqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir insana yardımçı olmaqdır. Sözügedən bəyanatdan sonra biz bu məsələləri icraya göndərmişik və hazırda humanitar yardımımız göndərilir. Qırmızı Aypara Cəmiyyətinin rəhbər işçiləri, o cümlədən könüllülərimiz Ağdam-Xankəndi yoluna doğru irəliləyəcək. Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.
 Təbii ki, buaddım Ermənistan və ermənipərəst Fransa, Kanada vı digər Avropalı rəsmilərə tutarlı cavabdır. Hansı ki, Azərbaycan vətəndaşları olan sadə və bədbəxt ermənilər bu araqarışdıranların əlində uzun illərdir girovdur.
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN