Hakkari valisi olarkən terrordan təmizlənən vilayətin keçmiş şöhrətini özünə qaytarmaq üçün həyata keçirdiyi “Hakkaridə Həyat Var” layihəsinin müəllifi İdris Akbıyık mükafata layiq görüldü...

Türkiyə Prezidenti, sayın R.T.Ərdoğanın Sərəncamı ilə Muğla valiliyinə rəhbər təyin edilən İdris Akbıyık fəaliyyəti dövründə həyata keçirdiyi “Hakkaridə Həyat var” layihəsinə görə Beynəlxalq Radio Yayımçılar Birliyi (IRU) tərəfindən “İlin alqışa layiq valisi” mükafatına layiq görülüb. BİZİM ARAYIŞ: 1971-ci ildə Malatyada anadan olan Akbıyık Ankara Universitetinin Siyasi Elmlər fakültəsinin Dövlət İdarəçiliyi ixtisasına yiyələnib. Erciyəz Universitetinin Sosial Elmlər İnstitutunun İqtisadiyyat şöbəsində “Xarici İnvestisiyalar və Türkiyədə Məşğulluq” mövzusunda dissertasiya işini yazaraq magistr dərəcəsini almışdır. Sakarya Universitetinin Sosial Elmlər İnstitutu Siyasi Elmlər və Dövlət İdarəçiliyi bölməsində doktoranturanı davam etdirən Akbıyık sonra Sinop rayonunun valiliyində Baş məmur, ardınca isə Yeşilyurt rayonunda Baş məmur kimi fəaliyyət göstərib.

Bir müddət İngiltərədə təhsilini davam etdirən Akbıyık, Elazığda Mülki Müfəttişlikdə yoxlama işi üzrə təcrübə də keçib. Sonra Afyon İhsaniye və Dənizli Güney rayonlarının valiliyində mühüm vəzifələr tutub. 1997-ci ildə Rize İkizdereyə vali təyin olunan Akbıyık Elazığ Ağın, Diyarbakır Çınar, Balıkesir Sındırgı, Kayseri Yəhyalı, Sakarya Geyve, Hendek və İstanbulun Şişli rayonlarının da valisi vəzifələrində çalışıb.

***

Bir çox bölgələrdə dövləti vəzifələrdə çalışan İdris Akbıyık mahal qubernatorluğu vəzifəsini icra edərkən, qadınlar üçün savad və məşğulluq kurslarına böyük əhəmiyyət verib, qızların məktəbə getməsinə həssaslıqla yanaşıb. O, Avropa Könüllü Xidmət Layihəsi (EVS) çərçivəsində “Maneəsiz Xidmət Layihəsi”, “Kiber zorakılığa son”, “Biz nəsilləri birləşdiririk” və “Bir Kitab- Bir Şəxs” kimi bir çox Avropa İttifaqı səviyyəli  Layihələrini bir araya gətirib, icrasına nail olub.

Keçmiş şöhrəti yenidən qaytardı...

2018-ci ildə Hakkari valiliyinə təyin olunan və eyni zamanda Hakkari Bələdiyyə sədrinin müavini vəzifəsini də icra edən Akbıyık, “Hakkaridə  Həyat Var” şüarı ilə başladığı işlərlə Hakkarinin ölkə daxilində vacib bölgə olduğunu və şöhrətinin daha da yüksəlməsinin vacibliyini ortaya qoyur. O, terrorizmdən azad edilmiş bir bölgəyə-Hakkariyə yeni nəfəs və həyat gətirməyi qarşısına məqsəd qoyur. Akbıyık həm də Cilo Sat, Çukurca Foto Safari və Təbiət İdmanları, Qar Festivalı və s. kimi möhtəşəm fəaliyyəti ilə Hakkarinin adını yüksəklərə qaldırır, bu istiqamətdə əlindən gələni edir.

Uğur qazanacağımıza əmin olun...

Çalışdığı hər rayon və vilayətdə həyata vəsiqə alan yeni-yeni layihələri ilə diqqəti çəkən Muğla valisi İdris Akbıyıkın bu zəhməti yerdə qalmadı. Belə ki, o, bu günlərdə qeyd olunan səmərəli fəaliyyətinə görə Beynəlxalq Radio Yayımçıları Birliyi tərəfindən mükafatlandırıldı. Beynəlxalq Radio Yayımçıları Birliyinin sədri Yusuf Erbaş bu günlərdə “İlin alqışa layiq valisi” Fəxri Mükafatını ona təqdim edib. Yusuf Erbak bu mükafatı ofisində ziyarət etdiyi Akbıyık'a verərkən deyib: “Radio yayımçıları olaraq, Hakkaridə etdiyiniz xidmətlərlə  diqqət çəkən dəyərli dövlət xadimi olan İdris Akbıyık, Sizə "İlin alqışa layiq valisi" mükafatını səmimiyyətlə təqdim edirəm... Siz həyata keçirdiyiniz bu dövləti və ictimai əhəmiyyətli layihələrlə könülləri fəth etdiniz. İnanırıq ki, Siz  könülləri fəth edən bu layihələri və fəaliyyətləri Muğlada da gələcəkdə uğurlarla davam etdirəcəksiniz!”.

Biz vətəndaşın yanındayıq

Gərgin iş qrafiki səbəbiylə mükafatlandırma mərasiminə qatıla bilməyəcəyini dilə gətirən vali Akbıyık bu böyük mükafata və verilən qiymətə  görə məmnunluğunu dilə gətirib. Akbıyık “Medianın mühüm qurumlarından biri olan Beynəlxalq Radio Yayımçıları Birliyindən mükafat almaq mənim üçün olduqca xoşdur. “Hakkaridə Həyat Var” layihəmizin tərəfinizdən təbliğ olunmasından qürur duyuruq. İndi də gözəl Muğla üçün gecə-gündüz çalışıb vətəndaşlarımızın yanında olacağıq”.

Dəyərli valiyə biz də uğurlar diləyirik. Çünki terrorla mübarizənin nə olduğunu Azərbaycanın Qarabağ bölgəsindəki hərbi əməliyyatlardan yaxşı bilirik...

Qələmə aldı:

 Asif MƏRZİLİ 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN