Yanvarın 1-dən Milanda bütün ictimai yerlərdə, o cümlədən şəhər küçələrində siqaret çəkmək qadağan edilib.

Tezrdlar.az bu barədə CNN-ə istinadən məlumat verir.

Qeyd olunur ki, qadağanı pozanları 41 dollardan 249 dollara qədər cərimə gözləyir.

"Yalnız istisna, insanların digər insanlardan ən azı 10 m məsafədə təcrid olunmuş yerlərdə olmasıdır", – nəşr yazır.

Müşahidəçilərin fikrincə, tədbir şəhərin havasını yaxşılaşdırmaq və vətəndaşların sağlamlığını, o cümlədən passiv siqaretdən qorumaq məqsədi daşıyır. Bildirilir ki, ölkədə ictimai yerlərdə siqaret çəkməyə qadağa 2005-ci ildə tətbiq edilib və bir sıra şəhərlərdə səlahiyyətlilər əlavə qaydalar müəyyən ediblər, lakin praktikada onlar nadir hallarda həyata keçirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN