Mixeil Saakaşvilinin ekstradisiyası hələ də mümkündür - Saakaşvili Navalnı deyil, siyasi rəqib deyil, o, prezidentliyi dövründə etdiyi əməllərə görə həbsdədir".

Tezadlar.az Gürcüstan KİV- lərinə istinadla xəbər verir ki, bu sözləri prezident Salome Zurabişvili BBC-yə müsahibəsində deyib. O, bildirib ki, Saakaşvilinin həbsdə olması qanunun və gürcü xalqının qərarıdır: “Bu, mənim hökmüm deyil, hakimlərin, gürcü əhalisinin hökmüdür, amma fakt odur ki, Gürcüstan əhalisinin əksəriyyəti hesab edir ki, o, Gürcüstan prezidenti olanda bir çox cəhətdən səlahiyyətlərini aşıb”. Saakaşvilinin həbsxanada ölümünün Gürcüstan demokratiyasına mənfi təsir göstərəcəyi ilə razısınızmı?” sualına prezident belə cavab verib: "Onun həbsxanada öləcəyini düşünmürəm, mən hər gün hökumət rəsmiləri ilə əlaqə saxlamışam ki, belə bir şey olmasın. Ancaq başqa yollar da var, birbaşa hökumət, ədliyyə naziri cavabdehdir. Onun ekstradisiya ehtimalı hələ də var.
Zurabişvili əfv hüququnun onun mənəvi haqqı olduğunu da vurğulayıb: "Mənə qarşı təzyiqlər nə qədər çox olsa, bu məsələ bir o qədər mürəkkəb olacaq. Çünki mən prezidentə məxsus olan diskresiya səlahiyyətinin hər hansı təzyiqə məruz qalmasına icazə verə bilmərəm. Əfv hüququ mənim mənəvi qərarımdır və bu qərarı verməli olsam əvvəlcədən heç kimə xəbərdarlıq etmədən verəcəm", - deyə Zurabişvili vurğulayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN