İranda Prezident İbrahim Rəisinin faciəvi ölümü ilə əlaqədar milli matəm elan edilib.
Tezadlar.az İRNA agentliyinə istinadla bildirir ki, bu barədə İran XİN məlumat yayıb.
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter mayın 19-da İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. Pilotun səhlənkarlığı belə bir faciəyə gətirib çıxardı.
Helikopterin "qara qutu"sunun isə şifrələnməyə verildiyi deyilir.
A.Məmmədli