Yazıçı, filosof Firuz Mustafa Amerikaya səyahəti zamanı Əfqanıstanın sabiq prezidentinin köməkçisi ilə rastlaşıb, həm də ərzaq mağazasında…

TEZADLAR.AZ xəbər verir ki, o bu barədə sosial media hesabında etdiyi paylaşımda bildirib.   

“…Çörək alırdıq. Söhbətimizə diqqət kəsilən gənc satıcı gözləmədiyim halda dedi ki, zənnimcə siz Azerbaycan türküsüz. Tanış olduq. Sən demə, Məhəmməd Əfqanıstandan gəlibmiş Amerikaya. Dedi ki, bizə Əfşarlar deyirlər, bilirəm ki, kökümüz Azərbaycandandır.

Məhəmməd iki universitet bitirib. Əvvəlki hakimiyyət dövründə Əfqanıstan prezidentinin köməkçisi olub. Son çevrilişdən, dini radikallar hakimiyyəti ələ alandan sonra ölkəni tərk etməli olub. Dükanda müvəqqəti çalışır. Ona burada başqa iş vəd ediblər.

Məhəmməd Qarabağda əldə edilən qələbədən sevindiyini bildirdi. O, Əfqanıstanda da Qarabağ bölgəsinin mövcudlugunu vurğuladı.

...Əfqan, yəni "əfşar çörəyi" dadlı idi, lap bizim çörəklər kimi...”, - Firuz Mustafa qeyd edib.

***

 Xatırladaq ki, ilk dəfə 1996-cı ildə Əfqanıstan ərazisinin böyük bir  hissəsi “Taliban” qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə dövlət 5 ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejimin idarəçiliyinə keçdi. Ikinci  gəlişləri, 2021-ci il avqustunda baş tutdu... 

Belə ki,  2021-ci il avqustun əvvəlində “Taliban” Əfqanıstanın hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirdi və avqustun 15-də Kabilə daxil oldu. Ertəsi gün müharibənin bitdiyini elan etdi.

Kabilin işğalından sonra isə ölkə prezidenti Əşrəf Qani “Taliban”la razılaşaraq səssizcə istefaya getdi. Həm də məlumatlara görə, Əfqanıstanın bir helikopterə sığmayacaq pulu ilə...

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN