Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin X.B.Natəvan adına 4 nömrəli kitabxana filialında 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 106-cı ildönümü münasibətilə tədbir keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Qarabağ müharibəsi veteranları, qazilər, ictimai təşkilatların, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana filiallarının, muzeylərin rəhbərlikləri və nümayəndələri, Telman Abbasov adına 225 №-li tam orta məktəbin şagirdləri və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin X.B.Natəvan adına 4 nömrəli kitabxana filialının böyük kitabxanaçısı Hilanə Babayeva 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixi barədə məlumat verib. H.Babayeva çıxışına davam edərək Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatları ilə başlanan və  44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızın işğaldan azad edilməsində qazandığı qələbədən danışıb. Vətən müharibəsində qazanılan Böyük Qələbə və 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə vətənimizin keşiyində dayanan hərbçilərimizi, xalqımızı və müharibə veteranlarını təbrik edib.

Tədbirdə Birinci Qarabağ müharibəsi veteranı Ramiz Yusubov, qazi İsa Musayev, şair, yazar Bayram Aşıqlı, "Carçı" jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva, DAMM-nin Ekspertlər Şurasının sədri, "Tərəqqi" medallı, "İlin müəllimi', yazıçı-publisist Nəzakət Əhmədova, Məmməd Səid Ordubadinin xatirə muzeyinin direktor əvəzi Rasimə Əhmədova, Cəlil Məmmədquluzadə ev-muzeyinin direktoru Yeganə Məmmədova, Cəfər Cabbarlı ev-muzeyinin əməkdaşı Qönçə İlyasova, şair Surxay Məhəmmədoğlu və digər qonaqlar 2020-ci ilin 27 sentyabrından 10 noyabradək davam edən Vətən müharibəsinin Azərbaycanın tarixi Zəfəri ilə başa çatmasından, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən söz açaraq, bu tarixi qələbədə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldığını vurğulayıblar.

Tədbirin gedişində DAMM-nin Ekspertlər Şurasının sədri Nəzakət Əhmədova Sevindik Nəsiboğlunun Vətən müharibəsi şəhidi leytenan Nurlan Həsənova həsr etdiyi "Zəfəri nurlandıran Nurlan" kitabını X.B.Natəvan adına 4 nömrəli kitabxana filialına hədiyyə edib.

Telman Abbasov adına 225 №-li tam orta məktəbin 5 b sinif şagirdləri Nərmin Məmmədova, Əsma Eyvazova və şair Surxay Məhəmmədoğlunun söylədiyi vətənpərvərlik ruhlu şeirlər alqışlarla qarşılanıb.

Sonra xatirə şəkli çəkdirilib.

Elbar ŞİRİNOV

20240625_120155

20240625_120337

20240625_120627

20240625_120737

20240625_121905

20240625_121126

20240625_121338

20240625_121432

20240625_122524

20240625_122850

20240625_122937

20240625_123034

20240625_122213

20240625_122346

20240625_124311

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN