...Saakaşvilinin Ukrayna yeni evləndiyi, Ali Radanın deputatı olan xanımı, 31 yaşlı Liza Yasko ərinə hüquqi yardım göstərilməsi ilə bağlı Ukrayna hakimiyyətinə müraciət edib.
Ukrayna mətbuatı xəbər verir ki, bununla əlaqədar onun açıqlaması fB-də yayılıb. Liza Yasko yazır ki, "Öz dövləti uğrunda sevgi və mübarizə — bu, nəcib işidir! Və mən onun mübarizəsini dəstəkləyirəm. Mixeil Saakaşvili — Ukrayna vətəndaşıdır və biz vətəndaşımızı müdafiə etməliyik!".
Ukrayna parlamentinin xanım üzvünün müraciəti Ukrayna prezidenti Volodimir Zelenskiyə və onun ofisinə, Xarici İşlər Nazirliyinin başçısı Dmitri Kulebaya, baş nazir Denis Şmıqala, Ukraynanın Gürcüstandakı səfirliyinə, Avropa monitorinq missiyalarında və BMT-yə ünvanlanıb.
Onu da qeyd edim ki, Saakaşvili 1990-cı illərin ortalarından Sandra Rulofsla evli olub. Onların iki oğlu var. Cütlüyün boşanması barədə məlumatlar ictimailəşdirilməyib. Liza Yasko onun ikinci evli olduğu xanımdır.
A.Məmmədli