Şənbə günü Fransa şəhərlərində sanitariya pasportlarına qarşı 45,300 nəfərin iştirakı ilə 150-dən çox etiraz aksiyaları keçirilib.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirilib ki, etirazçıların sayı hər həftə azalmağa doğru gedir.
Ötən şənbə, təxminən 48 min, sentyabrın 25-də isə 60 min etirazçı aksiyalarla qatılmışdı.
Qeyd edək ki, bu şənbə günü Parisdə ümumilikdə 5300 nəfər nümayiş keçirib. Polislə toqquşma qeydə alınmayıb.
Etirazlar Strasburq, Lion, Nansi, Marsel, Orleanda da keçirilib.
Nitsa şəhərində isə polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.
Xatırladaq ki, hələ iyulun 12-də Fransa prezidenti Emmanuel Makron COVID-19-un yayılmasının qarşısını almaq üçün bir sıra yeni məhdudlaşdırıcı tədbirlərə başlanılması barədə göstəriş verib. Barlarda, restoranlarda, uzun məsafəli qatarlarda və təyyarələrdə COVID-19-la bağlı peyvənd olunma və ya mənfi test nəticəsi göstərən sanitar pasportlardan istifadə təcrübəsi genişləndirilib.
Amma Fransa xalqı Makronun bu məhdudlaşdırıcı tədbirlərinə etirazını bildirmək üçün küçələrə axışır.Fransanın müxtəlif əyalətlərində, Parisin özündə çox saylı mitinqlər keçirilir və əhali bu məhdudiyyətlərin ləğv edilməsinin tələb edir.
Qeyd edək ki, artıq 13-cü şənbədir ki, ölkədə analoji nümayişlər keçirilir.
Təqdim etdi: Şakir QURBANOV