“Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm" - Razi Nurullayev
TEZADLAR.AZ xəbər verir ki, Milli Cəbhə Partiyasının lideri, Milli Məclisin deputatı Razi Nurullayev sosial media hesabında deputat Siyavuş Novruzovun Parlamentin plenar iclasında İmişlidə baş verən faciəvi avtomobil qəzasından danışarkən, “Hadisə baş verib və mən İmişlinin hər iki deputatı ilə söhbət etdim” sözlərinə münasibət bildirib.
“İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Həbsdə olanların azadlığa çıxması ilə bağlı da əlimizdən gələni edirik və edəcəyik. Amma Siyavuş Novruzovun bugünkü çıxışında “İmişli deputatatları ilə söhbət etmişəm, onları mənə deyib” fikri tam olaraq kökündən yanlış idi. Sözünüzü demək istəyirsiniz, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın. Siyavuş müəllim, bu cür yanlışlıq etməklə özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz. Çox təəssüf edirəm. Zəng etdim götürmədiniz, məcbur olaraq burada yazmalı oldum”, - deyə Razi Nurullayev qeyd edib.