Dəfələrlə kliniki ölüm keçirmiş adamlara bioloji ölüm diaqnozu qoyulduğunun şahidi olmuşuq. TEZADLAR.AZ xəbər verir ki, bunu ilahiyyatçı-yazar, MCP İdarə Heyətinin üzvü Tural İrfan sosial media hesabında bildirib.
"Ölkənin məşhur xəstəxanalarından birində bioloji ölüm diaqnozu qoyularaq "meyiti" rayona yola salınıb kəndə çatanda ayılıb yemək istəyən ağsaqqalla həmin hadisədən illər sonra görüşüb bir gecə səhərə qədər söhbət etmişəm.
Əminəm ki, çoxları ölməmiş dəfn edilir. Bayaq ATV Şəkidə analoji "ölüm" hadisəsi haqda xəbər yayımladı. Avtoqəza zamanı ağsaqqala həkimlər ölüm diaqnozu qoyub yaxınları da az qala dəfn edəcəkmiş ki, mərhum ayağa qalxıb... Şəxsən şahid olduğum çoxsaylı faktlar var.
Xülasə: İbn Sina və İbn Rüşd deyir ki, ürək xəstəliyi, infarkt və digər səbəblərdən öldüyü güman edilən şəxsi 72 saat saxlamadan dəfn etməyin. Hətta bu şəxslərdən qan almağı da məsləhət görür İbn Sina", - deyə o qeyd edib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN