Bir müddət əvvəl “İDESK” adlı MMC-nin direktoru olmuş Nurlan Rauf oğlu Quliyev 01 avqust 2019-cu il tarixdə imzaladığı 54 saylı müqavilə öhdəliyini yerinə yetirib borcunu ödəmək əvəzinə, bu öhdəlikdən yayınmaq üçün indi də TƏBİB-ə sığınıb-Departament rəhbəri olub...

...TƏBİB-in yarandığı gündən başı qalmaqallı oldu.

Dünyanı sınağa çəkən koronavirusla mübarizədə yeni bir səhiyyə strukturu kimi yaradılan TƏBİB-ə o vaxt Ramin Bayramlını təyin etdilər. Və ölkə Prezidentinin və ictimaiyyətin etimadını doğrultmayan Səhiyyə Nazirliyinin bir sıra səlahiyyətləri də TƏBİB-ə verildi... Amma sonradan neqativlər ortaya çıxdı. Ramin Bayramlı ən yaxşı halda istefa verərək bu məsul vəzifədən getməyə məcbur oldu...

Bəs TƏBİB-in adı ilə alver etmək yaxşı haldırmı?

Bu ilin sentyabrın 13-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edildikdən sonra vəziyyət xeyli dəyişib. Beldə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib. O, hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.

Bəli, məqsəd TƏBİB haqqında formalaşmış ictimai rəydəki bəzi mənfi imici dəyişmək, yeni platformalar üzərindən insanlara lazımi tibbi xidmətləri göstərməkdir. Hansı ki, TƏBİB-in əsas vəzifəsi tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğun formalaşdırmaq, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdir. Amma bəzi məqamlar var ki, bu xoş niyyəti şübhə altına almaqdadır. Məsələn, “KAZA GROUP” MMC-nin rəhbərliyindən “Təzadlar”a daxil olmuş və Prezident İlham Əliyevə müraciətlə yazılmış məktubu oxuyanda təəccüb qaldıq. Redaksiyaya təqdim edilmiş sənədlərdən bəlli olur ki, Quliyev Nurlan Rauf oğlu TƏBİB-də tutduğu vəzifəsinədək “İDESK” MMC-nin direktoru olub və o, öz möhür və imzası ilə təsdiqlənən müqavilə bağlayaraq “KAZA GROUP” MMC-dən müxtəlif növ ərzaq məhsulları alıb...Amma imzasına və möhürünə, bağladığı müqaviləsinə, açıq desək, xəyanət edib! Bu barədə daha ətraflı növbəti yazıda bəhs ediləcək. Çünki Nurlan Quliyevin bizə təqdim edilmiş vatsap yazışmaları və səs yazılar, Bakı Kommersiya Məhkəməsinin onun rəhbəri olduğu MMC-nin əleyhinə çıxardığı qərarı və s. Sübut edir ki, o, TƏBİB-in adına ciddi xələl gətirəcək, imicini korlayacaq bir yoldadır. Təxminən 15 min manat nədir ki, onu rəhbəri olduğu MMC-yə ödətdirmir? “O olmasın, bu olsun” filmində Məşədi İbadın başının dəstəsi ilə bağlı bir epizodda deyildiyi kimi, “Ara, çaxırını içmisən, pulunu ver də!”.

İndi məlum olur ki, Nurlan Quliyev boclu olan kimi (digər şirkətlərə, o cümlədən, “Azərsun” kimi bir nüfuzlu şirkətə), dərhal guya evrika kəşf edirmiş kimi, MMC-nin təsisçiliyini dəyişib, başqa bir yazığı verib qabağa... Amma bilməyib ki, hüquqi öhdəliyi onun üzərindədir, çünki müqaviləni o bağlayıb, hətta həmin MMC-dən gedibsə belə, bütün öhdəliklərini yerinə yetirəndən sonra bunu edə bilərdi... hüquqda belədir, təcribədə isə o, belə, yəni bildiyi kimi düşünürsə, bu artıq ayıblı bir işdir...

***

Redaksiya dünən TƏBİB-in İdarə Heyətinin sədri hörmətli Zaur Əliyevin, eləcə də Nurlan Quliyevin elektron poçtuna məktub yazıb, sorğu göndərib... Həmçinin onun mobil telefonuna da əməkdaşlarımız dəfələrlə zəng vurub. Hələki susur. Amma susmaq razılıq əlamətidirsə, onda...

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu

(Şəkildə: TƏBİB-in İdarə Heyətinin sədri hörmətli Zaur Əliyev)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN