“Təzadlar”ın ötən sayında və qəzetin rəsmi saytının dünənki buraxılışında “TƏBİB-İN DEPARTAMENT RƏHBƏRİ SAHİBKARI TƏHDİD EDİR” və “TƏBİB-İN DEPARTAMENT RƏHBƏRİNİN İŞİ MƏHKƏMƏDƏ...”  başlıqlı yazı dərc olunmuşdur.

Yazıda cavabdeh “İDESK” MMC-nin direktoru N.Quliyevlə tələbkar “KAZA GROUP” MMC-nin direktoru İntiqam Məmmədov arasında 15 min 155 manatlıq borc müqaviləsinin icrası ilə bağlı problemin məhkəmədə mübahisələndirilməsi qeyd edilmişdi. Hansı ki, həmin məsələ Bakı Kommersiya Məhkəməsində sonuncunun xeyrinə olaraq 15 min 155 manatın ödənilməsi qət edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsində də baxılıb qüvvədə saxlanılmışdır. Lakin borcun ödənilməsi barədə məhkəmə qərarının icrasında problem yaranmışdı.

“Təzadlar”ın qeyd edilən yazısından sonra- bu gün tərəflər arasında mübahisəyə son qoyulmuşdur. “KAZA GROUP” MMC-nin direktoru İntiqam Məmmədovun adından “Təzadlar”ın elektron poçtuna göndərilən məktubda deyilir: “Hörmətli redaksiya! Sizə kollektivimiz adından minnətdarıq ki, şikayətimizi ətraflı işıqlandırdıqdan sonra bu gün borclu tərəfin xüsusi nümayəndəsinin və rəhbəri olduğum MMC-nin vəkili arasında görüş olmuşdur. Səmimi görüş zamanı aradakı anlaşılmazlıq aradan qaldırılmış, şirkətimizə olan borc demək olar tamamilə ödənilmişdir. Odur ki, bir daha Sizə təşəkkür edirik və xahişimiz ondan ibarətdir ki, şikayətimiz təmin olunduğu üçün bu mübahisə barədə yazılmış məqalə saytınızdan çıxarılsın.

Dərin hörmətlə:

İntiqam Məmmədov,

“KAZA GROUP” MMC-nin direktoru.

Bakı şəhəri, 21 oktyabr 2021-ci il”

*** 

Bununla da "Təzadlar" daha bir ilkə imza atdı: məhkəmə qərarı təkrar mübahisələndirilmədən qəzetin bir araşdırma məqaləsi ilə məhkəmədənkənar icra edilmiş oldu! 

Təqdim etdi: A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN