Xəbər verdiyimiz kimi, Azərbaycanda Zəfər Günü ilə bağlı amnistiya aktı hazırlanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq ölkədə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Qeyd edək ki, "8 Noyabr - Zəfər Günü münasibəti ilə amnistiya aktının elan edilməsi haqqında" qərar layihəsinin parlamentin noyabrın 5-də keçiriləcək iclasında müzakirəyə çıxarılması gözlənilir.

Məhz "8 Noyabr - Zəfər Günü münasibəti ilə amnistiya aktının elan edilməsi haqqında" Milli Məclisin qərar layihəsi layihəsində amnistiya aktını tətbiq etmək üçün nəzərdə tutulmuş orqanlar qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidir.

Layihəyə əsasən, amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq, cəzaçəkmə müəssisələri, intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı, təhqiqat və ya ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən tətbiq ediləcək.

Xalq artisti Flora Kərimova mətbuata açıqlamasında bildirib ki, Azərbaycanın mövcud məhkəmə sistemi işlək vəziyyətdə deyil: “Məhkəmədə haqsızlıqlar çox olur. Prezidentimiz hər dəfə islahatlar aparır, amma məhkəmə sistemində olanlar bundan dərs çıxartmır. Hazırda haqsız yerə həbsdə yatan çoxlu sayda insan var. Məhz insanları hökumətdən və Prezidentdən incik saxlamaq olmaz. Onların haqsız qərarları ictimai şüura, inama və həqiqətə mənfi təsir göstərir.

Ümumiyyətlə, hakimlər rüşvət alaraq, düzgün qərar qəbul etmirlər. Məhkəmə sistemindəki bəzi insanların qarnın doyurmaq mümkün olmur. Həyatımda bir dəfə də olsun məhkəmə sistemində ədalətli qərar görməmişəm. Ona görə də Prezident İlham Əliyevin amnistiya aktı təşəbbüsünü alqışlayıram”.

F.Kərimova qeyd edib ki, ölkəmizdə növbəti dəfə amnistiyanın elan olunması müsbət mənada həmrəyliyimizə çox ciddi təsir göstərəcək: “Hamımız birlikdə olaraq, Ali Baş Komandanı dəstəkləməli və onun əsgəri olmalıyıq. Həmçinin, həmrəy olmaq, bu torpağı və vətəni sevməkdir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN