“Qarabağda təmas xətti güclənir, insanlara silah almaq daha asan olacaq...”.

Bu gün təxribat törətməyə cəhd edən özünü hələ də “yel dəyirmanının” cəngavəri sayan Araik Arutyunyanın 60 terrorçusu bir göz qırpımında əsgərlərimizin tələsinə düşdü... Rusiya Sülhməramlıların burnunun altında təxribat törətmək istəyən bu ağılsızlar Moskvanın xahiş-minnətindən sonra yerindəcə məhv edilməkdən xilas olub Araikin yanına yola salındılar...

Amma nə fayda? Aradan bir neçə saat keçmiş görün bu Araik nə bəyanat verir: “Təzadlar” “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, Arayik Arutyunyan bəyan edib ki, 44 günlük müharibədən sonra ermənilərin Müdafiə Ordusu tərəfindən təmas xəttinin möhkəmləndirilməsi və qarşıya qoyulan tapşırıqların səmərəli şəkildə yerinə yetirilməsi üçün xeyli iş görülüb. Bu barədə o, özünün Facebook səhifəsində atəşkəsin imzalanmasının ildönümündən danışarkən yazıb. "Azərbaycanın açıq hədəfi həm ermənilər, həm də Rusiya sülhməramlıları olub. Məqsəd sakinlər arasında panika yaratmaq, həmçinin Rusiya sülhməramlı kontingentini gözdən salmaq cəhdidir", - Arutyunyan bildirib. Buna baxmayaraq, bu müddət ərzində Rusiya hərbçilərinin və Müdafiə Ordusunun köməyi ilə atəşkəs rejiminin gücləndirilməsi üçün hər şey edilir. Arutyunyan bildirib ki, yaxın vaxtlarda qanunvericiliyə düzəlişlər etməklə silah əldə etmək imkanları genişləndiriləcək. Bundan başqa, hüquq-mühafizə orqanlarının tərkibində fəaliyyət göstərən müvafiq bölmələr təmas xəttinə yaxın ərazilərdə avtomobil yollarının və təsərrüfat işlərinin təhlükəsizliyinin təmin edilməsində daha fəal iştirak edəcək. Arutyunyan vətəndaşlardan və təşkilatlardan belə ərazilərdə iş görən zaman Milli Təhlükəsizlik Xidmətinə müraciət etməyi xahiş edir. O, həmçinin müxtəlif risklərin qarşısını almaq üçün Rusiya hərbçiləri ilə daimi koordinasiya olmağın vacibliyini bildirib. Bu kontekstdə o, həmçinin Rusiya kontingentinin komandanlığına və Rusiya prezidenti Vladimir Putinə minnətdarlığını bildirib”.

Araik Arutyunyanın açıqlamasına şərh verən Avropa Jurnalistlər Federasiyasının üzvü Asif Mərzili belə dedi: “...İndi bu sarsax adama nə deyəsən? 60 nəfərlik öyrədilmiş təxribatçılarının hələ ürəyi üstünə gəlməmiş (əsgərlərimiz bu gün bəzi şeyləri onlara yaxşıca başa saldı), indi də əhalinin silahlanmasından danışır. Gülməli deyilmi, bir tərəfdən üçtərəfli müqavilənin şərtlərinə və atəşkəsə əməl edilməsindəki dəstəyinə görə Rusiya Sülhməramlılar Komandanlığına, hətta prezident Putinə minnətdarlıq edir, digər tərəfdən, sülhməramlıların qulağının dibində silahlanmadan danışır. Bu axmaq erməni anlamır ki, ermənilər silahlanacaqsa, daha Rusiya Sülhməramlıları Qarabağda kimə lazımdır? Yox, əgər sülhməramlılar ermənilərə lazım deyilsə, daha yaxşı, Azərbaycan əsgərləri ermənilərin dilini 44 gündə əla mənimsəyib, onlara daha qaranlıq mətləblərini izah etməyə hazırdır...”.

E.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN