Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.
Bu barədə “Resmi Gazete" xəbər verir.
Qəzetin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qanunu imzalayıb.
Xatırladaq ki, 2020-ci il noyabrın 17-də TBMM Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana hərbçi göndərmək üçün bir illik səlahiyyət verib.
Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.
E.ŞİRİNOV