booked.netbooked.net booked.net  

Mk.ru saytının verdiyi xəbərə görə, rusiyalı immunoloq Vladimir Bolibok koronavirusun “omikron” ştammının daha yeni xüsusiyyətini müəyyən edib.

Onun sözlərinə görə, bu virusa yoluxan asqırdıqda və ya öskürdükdə eyni anda 100-ə qədər insanı yoluxdura bilər: “İnsan danışdıqda, nəfəs aldıqda və ya əsnədikdə, başqa bir insana yoluxmaq üçün kifayət qədər virus ehtiva edən bir aerozol buraxılır. Əgər “Omikron” xəstəsi öskürürsə və ya asqırırsa, o zaman bu rəqəm bir dəfəyə 100 nəfərə çatar”.

 Evin yıxılmasın,fələk! Görəcək günlərimiz varmış...Bir ay əvvəl deyirdilər ki, bu “omikron” koronavirusun ən təhlükəsiz növüdür, ona yoluxan insanları heç bir ciddi təhlükə gözləmir. Amma indi dünyanın bir çox yerlərindən qorxunc xəbərlər gəlir: filan qədər insan bu virusa yoluxub, filan qədər ölüb, yoluxma halları çoxalıb və s.

Gələk cənab Bolibokun asqırma və öskürmə versiyasına. Təsəvvür edirsiniz, bir asqıraqda 100 nəfər yoluxur. Metroda bir stansiyada asqırdınsa və ya öskürdünsə, növbəti stansiyada 100 nəfər  “omikron”a yoluxur.Onların hər biri bir dəfə asqırsa, bu eləyir 10000 xəstə, 10 min xəstə də Allah eləməmiş, asqırdısa, 10 milyon adam virusa yoluxacaq!

Biz nə immunoloquq, nə də koraonavirusun “atası” sayılan Hari Potterin qoca oxşarı Bill Qeyts. Proqnozlar vermək bacarığımız yoxdur. Biz sadəcə olaraq, o asqıran və öskürən camaatın bir parçasıyıq. İndi bu “omikron” ştammı dünyanın 100-dən çox ölkəsində yayılıb. Vladimir Bolibokun hesabı ilə götürsək, tezliklə dünyada bir adam da qalmaycaq. İki-üç yüz milyon adam asqırsa və ya öskürsə, 7 milyard insan milçək kimi qırılacaq. 

Bəs bu bədbin proqnozdan xilas olmağın bir yolu yoxdurmu? Çox güman ki, həmin bu “mütəxəssislər” asqıran və ya öskürən insanı dərhal izolyasiya etmək və asmaq lazım olduğunu da tövsiyyə edəcəklər.

Yeri gəlmişkən, Azərbaycana “omikronu” gətirən o 12 əcnəbinin aqibəti necə oldu? Xəbər verilmişdi ki, xəstəxanda yerləşdiriliblər, müşahidə altındadırlar. İndi kim zəmanət verə bilər ki, onlar asqırmayacaq? Düzgünü o olardı ki, onları elə aeroportdan geriyə yola salmaq lazım idi, yoxsa uzağı bir aydan sonra eşidəcəyik ki, bu ştamm da Azərbaycanda geniş yayılmağa başlayıb...

Əgər məsələyə ciddi yanaşsaq, bezdik “mütəxəssislərin” bu proqnozlarından, xox gəlmələrindən. İnsanları nə qədər qorxu altında saxlamaq olar?  Belə proqnozlar verməkdənsə, cənab Bolibok bu bəlanı yayan adamları ifşa etsin, bəlanın süni və nə məqsədlə yaradılmasından danışsın,bütün dünya ictimaiyyətini məlumatlandırsın. Əks təqdirdə, onun özü də bu bəlanın güdazına gedəcək...

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN