Yanvarın 29-da İstanbulda Vətən müharibəsi və daha əvvəl, Qarabağ Zəfərinə gedən yolda dəstək göstərən media nümayəndələri ilə görüş keçirilib.

Tədbir Azərbaycanın Türkiyədəki Səfirliyi, İstanbuldaki Baş konsulluğu, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və "Qars-Ardahan-Iğdır İnkişaf Vəqfinin" təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Mərasimdə "Qars" Anlaşmasının 100-cü ildönümü perspektivləri, Türkiyə-Azərbaycan əməkdaşlığı, Şuşa Bəyannaməsi və Zəngəzur Dəhlizi başda olmaqla Ermənistanla normallaşma dövrü kimi bir sıra mövzularda müzakirə olunub.

Tədbirdə açılışında çıxış edən Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar, ‘Qars’ anlaşması bütün region üçün önəmli olduğunu, Türkiyənin ilə Azərbaycan münasibətlərinin dünyada təkrarı olmadığını qeyd edib. O, həmçinin Türkiyənin hər zaman Azərbaycanın haqlı mübarizəsində yanında olduğunu vurğulayıb: Bu münasibətlər tək Türk dünyasi üçün deyil, bütün dünya tarixi üçün nümunəvi münasibətlər kimi qalacaq.

Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra Bölgə və tariximiz üçün yeni bir səhifənin açıldığını qeyd edib. O, əlavə edib ki, Türkiyənin, və Türkiyə mediasının dəstəyi Azərbaycan üçün çox önəmli oldu.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN