booked.netbooked.net booked.net  

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi-Zadənin bu gün doğum günüdür.

Əsl adı Lütfəli Əsgərzadə olan Lütfi-Zadə 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində Rəhim Ələsgərzadə (1895–1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897–1974) ailəsində dünyaya gəlib. Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci Dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib.

Lütfi-Zadə ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb.

1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar ölkəni tərk edib Tehrana köçməli olurlar.

O, 1942-ci ildə Tehranda ali məktəbi bitirib, bir il sonra ABŞ-a gedib. 1944-cü ildə adını Lütfi Əsgər Zadə kimi dəyişib. 1946-cı ildə o, Kolumbiya Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi daxil olub. 1949-cu ildə həmin universitetdə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb.

Zadə Kolumbiya Universitetində 10 il dərs deyib. 1957-ci ildə professor kimi fəaliyyətə başlayıb, 1959-cu ildən ömrünün sonunadək Kaliforniyadakı Berkli Universitetində dərs deyib.

Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni intellektə malik robot hazırlanıb.

Lütfi-zadə 2017-ci ilin sentyabr ayında 96 yaşında vəfat edib.

O, öz vəsiyyətində Bakıda dəfn olunmaq istədiyini bildirib. Azərbaycanın dünya şöhrətli alim övladı I Fəxri Xiyabanda dəfn olunub.

Qeyd edək ki, Lütfi-Zadənin mənəvi varisi dünya şöhrətli alim, akademik Rafiq Əliyevdir. 

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN