Ermənistanın 30 illik işğalçılığına artıq dünya da şahidlik edir...

Və nəinki dünya ictimaiyyəti, eləcə də dünyanın müxtəlif ölkələrindən olan səyyahlar belə Ermənistanın göz yaşlarına inanmır... Belə ki, Azərbaycana səyahət edən dünya səyyahları Zəngəzur dəhlizi üzərində inşa edilən dəmir yolu xəttinin çəkilişi ilə tanış olublar və onlar Zəngilandan sonra Füzuli rayonuna gələrək burada Ermənistanın törətdiyi dağıntılar, ekoloji terror aktlarının seyr ediblər.Daha sonra rayonun Şükürbəyli kəndinə gələrək Zəngəzur dəhlizinin dəmir yolu xəttinin kənd ərazisindən keçən hissəsində tikinti işlərinə baxıblar. Səyyahlara məlumat verilib ki, xətt Horadizdən Şükürbəyliyə qədər olan hissəsi tam inşa edilib. Şükürbəylidən Ağbəndə qədər olan hissəsində isə işlər davam etdirilir. Xatırladaq ki, Füzuli rayonu xarici səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri planında sonuncu rayondur. Onların buradan Bakıya qayıdacağı planlaşdırılır.

Beləliklə, Ermənistanın dünyanın qulaqlarını doldurmuş feyk məlumatları bir kənara atılır və əsl həqiqətlər üzə çıxır. Hətta səyyahlar açıq şəkildə mediaya bildirirlər ki, biz bura gəlib dağıntıları görəndən sonra Ermənistanın bizi necə yalanladığına şahid olduq.

A.Məmmədli 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN