Rusiyanın "sülhməramlı" işğalçı ordusu bütün gecə Kiyevi hədəf seçib. Məqsəd artıq hamıya aydındır, Kiyevi ələ keçirib Ukraynanı tam işğal etmək. Rusiya artıq əsl simasını bütün dünyaya göstərdi və geriyə yolu yoxdur.
İndi anlayırsız niyə Qarabağ müharibəsi gecə ilə Naxçıvanda vertolyotun vurulması, Bakıya atılan İsgəndərlərdən sonra dayandırıldı, təcili müqavilə imzalandı və ani göz qırpımında rus əsgərləri Qarabağda peyda oldular?! Biz dövrün ən böyük şər qüvvəsi ilə üz-üzəyik və bunu bilməli ona uyğun da addımlar atmalıyıq ki, böyük güclərin döyüş meydanına çevrilməyək. Azərbaycanda son dövr ərzində Belarusda, Qazaxıstanda və bu gün şahidi olduğumuz Ukraynada baş verənləri yaşamamaq üçün, müstəqiliyyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün bu hadisələrdən hamımız dərs götürməliyik. Reallıq odur ki, Ukrayna xalqı bu gün dünyanın ikinci ən böyük ordusu ilə üz-üzədir. Mikheil Saakashvili və Navalnıy kimi Qərb dəyərlərinin daşıyıcıları isə həbsdədir. Bu gün Ukraynada bütün azad dünyanın, xüsusilə keçmiş sovet dövlətlərinin taleyi həll olunur. Yeganə ümid Ukraynanın bu hücumlara bir müddət tab gətirməsi, Kiyev hakimiyyətini qoruması və Rusiyanın bütün şəhərlərində xalqın ayağa qalxmasıdır.
Allah Azərbaycanı, Xalqımızı bu faciələrdən qorusun, Ukrayna xalqına kömək olsun!
Aslan İsmayılov,
hüquqşünas
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN