booked.netbooked.net booked.net  

Rusiyanın Ukraynaya qarşı başladığı müharibə hansı dövlətin əməlində səmimi olduğunu ortaya qoydu...

Türkiyə ilk gündən Ukraynaya arxa çevirməyəcəyini bəyan etdi, Azərbaycan humanitar yardımla əlini uzatdı... Polşa Ukraynalı qaçqınlara qucaq açdı... Martın 1-dən isə Gürcüstan təyyarə ilə səyahət edən Ukrayna vətəndaşlarına PCR testinin nəticəsi mənfi olarsa, Gürcüstana gedə biləcəklərini açıqladı. "Təzadlar" “European Pravda” və “Exo Kavkaz”a istinadən xəbər verir ki, bu barədə  baş nazir İrakli Qaribaşvili bildirib. Qaribaşvili bildirib ki, martın 1-dən Ermənistan, Azərbaycan, Ukrayna, Qazaxıstan, Rusiya və Belarus vətəndaşları son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini verdikləri təqdirdə Gürcüstana səfər edə biləcəklər.
Bu ölkələrin vətəndaşları Gürcüstanda olduqlarının üçüncü günündə öz vəsaitləri hesabına təkrar testdən keçməli olacaqlar.
Qaribaşvilinin izah etdiyi kimi, söhbət Gürcüstan sərhədini hava yolu ilə keçməkdən gedir. Əcnəbilər üçün quru sərhədləri əvvəlki kimi bağlı qalır. Bundan əvvəl Gürcüstan Aİ ölkələri, Türkiyə, İsrail, İsveçrə, Norveç, ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn vətəndaşlarının ölkəyə giriş qaydalarını sadələşdirib. Fevralın 1-dən etibarən COVID-19-a qarşı peyvəndin tam kursunu istənilən peyvəndlə başa vurmuş bütün əcnəbilər də ölkəyə daxil ola bilərlər. 

Beləliklə, Ukraynadakı məlum təcavüzün nəticəsində yaranmış qaçqınların bir hissəsi bu ölkəyə gələ və müharibə bitənədək yaşaya bilərlər. 

A.Məmmədli

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN