İki gün əvvəl sosial şəbəkə statusumda Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Yasamal rayon yol polisi şöbəsinin rəhbərliyinə bir müraciət yazmışdım.
Sitat: ""Azərbaycan" nəşriyyatında çalışan jurnalistlər adından bir xahiş: şəkildə gördüyünüz bu avtomobil bir aya yaxındır jurnalistlarin BNA əməkdaşları ilə dava-dalaşından sonra avtomobillərini saxlamaq üçün "qazandıqları" parklama yerini zəbt edib, sürücü özü üçün "qaraş" yeri tapıb. İki avtomobilin saxlama yeri bu hazıra-nazir sürücü tərəfindən zəbt edilib. Xahiş edirik, bu sürücünü tapasınız, avtomobilini bu ərazidən götürsün, jurnalistlərə süni problem yaşatmasın..."
Nəhayət, bu gün həmin müraciətə reaksiya verildi və iş yerimiz olan "Azərbaycan" nəşriyyatının qarşısında jurnalistlərin avtomobilinin parklanmasına 1 aydır mane olan bu avtomobil oradan cərimə meydançasına aparıldı. DYP əməkdaşlarına təşəkkürlər. Bu anı fotolaşdıran həmkarımız Rövşən Kəbirliyə isə minnətdaram.
Məsələ ondadır ki, 1 aydır sahibsiz qalan bu avtomobilin yiyəsi üzə çıxmırdı: başınamı bir iş gəlib, avtomobili aparmağa pulumu yox və s.
Məqamdır deyək: hörmətli sürücülər, ümumiyyətlə, avtomobilinizi hardasa saxlayanda mütləq üzərinə mobil nömrənizi yazın, çanki kiməsə mane ola bilərsiniz, yaxud, getdiyiniz yerdə başınıza bir qəza gələ bilər və avtomobil sahibsiz qalar. Hətta kimsə sizin avtomobilə zərər vura bilər, amma sizi tapa bilməz və s.
A.Məmmədli