2020-ci ilin 44 günlük müharibəsi ilə Ermənistanın işğalına son qoyuldu, amma hələ də Qarabağda gizlənmiş erməni terrorçuları mövcuddur...

Nəzə alsaq ki, Ermənistanın təslim aktına imza atmasından sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanatın 4-cü bəndinə müvafiq olaraq erməni silahlı qruplaşmalarının Azərbaycan ərazilərindən çıxarılması prosesi və bir sıra digər məsələlər indiyədək həllini tapmalı idi. Bu gün Azərbaycan Müdafiə Nazirliyində bu barədə ətraflı fikir mübadiləsi aparılıb. Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini, general-polkovnik Aleksey Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşünə dair yaydığı məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin Bəyanatının müddəalarının icrası məsələləri, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan əraziləri boyunca əməliyyat şəraiti müzakirə olunub.
Lakin erməni yaraqlılarının Qarabağdan nə vaxt biryolluq çıxarılacağı barədə dəqiq məlumat verilməyib. Halbuki ötən müddətdə bu yaraqlılar dəfələrlə terror əməlləri törədiblər, hərbçilərimiz həlak olub.
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN