Bu gün BMT Baş Assambleyası Ukraynadakı humanitar vəziyyətlə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib.

CNN-Türk xəbər verir ki, qətnamənin müəllifləri ABŞ, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Almaniya, Litva, Latviya da daxil olmaqla bir sıra ölkələrdir. Məlumata görə, 140 nümayəndə heyəti sənədin lehinə, 5-i əleyhinə (Belarus, Eritreya, Şimali Koreya, Rusiya və Suriya) səs verib, 38-i isə bitərəf qalıb. Qətnamə Rusiya tərəfindən Ukraynaya qarşı apardığı müharibənin dərhal dayandırılmasını tələb edir. Sənəd müəllifləri iddia edirlər ki, Rusiyanın Ukrayna ərazisinə hərbi hücumu və onun humanitar nəticələri beynəlxalq ictimaiyyətin onilliklər ərzində Avropada görmədiyi ölçülərə çatır. Qətnaməyə əsasən, BMT Baş Assambleyası Ukrayna şəhərlərinin, xüsusən də Mariupolun blokadaya alınmasının humanitar vəziyyəti daha da gərginləşdirdiyini vurğulayır. Müəlliflər şəhərlərin blokadasına son qoyulmasını tələb edirlər. Baş Assambleya tərəflərdən humanitar yardımın təhlükəsiz girişini tələb edir, humanitar hüququn pozulmasını pisləyir və onun həyata keçirilməsinə çağırır.

*** 

Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində isə mülki obyektlərin bombalanması və şəhərlərin raket atəşinə tutulması davam edir. Bu isə o deməkdir ki, Rusiya qeyd edilən qətnamənin tələblərinə əməl etmək fikrində deyil...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN