İmişlidə qətl hadisəsi baş verib. Tezadlar.az bildirir ki, bu qanlı hadisə rayonun Yalavac kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu münaqişə zəmnində arvadı, 1988-ci il təvəllüdlü Mustafayeva Turanə Vaqif qızını bıçaqla qətlə yetirib. M.Əhmədov sonra bıçaqla özünü öldürüb. 
Rayon prokurorluğundan "Təzadlar"a verilən məlumata görə, baş vermiş cinayətlə bağlı araşdırma aparılır. Hadisənin nə səbəbdən baş verməsinə də aydınlıq gətiriləcək.

Təəssüflər olsun, adi məişət söz-söhbəti sonradan qanlı hadisələrə, qətllərə yol açır... Təbii ki, bütün bunlar insanların psixoloji durumunun yerində olmaması səbəbindən baş verir. Bəs bölgələrdə niyə insanlar arasında psixoloji testlər, söhbətlər aparılmır? Azərbaycanın 24 ildir deputatı olan Bəxtiyar Əliyevin rəhbəri olduğu Psixologiya Elmi-Tədqiqat İnstitutu var. Guya... Niyə bu institutun sorağı bölgələrdə bir-birini qətlə yetirən doğmaların, müharibədən keçib qazi olmuş, səhhətini itirmiş, ağır psixoloji durumda olan döyüşçülərin, yataq xəstələrinin yanında eşidilmir??? 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN