26 iyun 2022-ci il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində Mərzili kəndinin müəllimlərinin görüşü keçiriləcək.
Bu barədə "Təzadlar"a tədbirin təşkilatçılarından Yusif Millətoğlu məlumat verib.
Onun sözlərinə görə, görüşün keçirilməsində məqsəd uzun illərin ayrılığından, torpaqlarımızın işğaldan azad olunmasından sonra Mərzilidə fəaliyyət göstərmiş məktəblərin müəllimlərinin ilk dəfə bir yerə toplaşaraq dərdləşmək, sevinclərini bölüşməkdir.
Tədbir iyunun 26-sı saat 11:00-da Quzanlıda Şəhidlər Xiyabanının ziyarəti ilə başlayaraq, "Ay-ulduz" ailəvi istirahət mərkəzində davam edəcək.
Qeyd edək ki, Ağdamın işğalından sonra məcburi köçkünlüklə əlaqədar kimin harada yaşamasından asılı olmayaq bütün müəllimlər tədbirə dəvətlidir.
Tədbirin təşkilatçıları kimya elmləri üzrə fəlsəfə doktoru Hüseynalı Hüseynov, Əməkdar müəllim Allahverdi Məmmədov və şair-publisist, AYB-nin üzvü Yusif Millətoğludur.
E.ŞİRİNOV