Agentliyin rəhbəri Mustafa Abbasbəylinin bu dəfəki şikayətlə bağlı ciddi tədbir görəcəyinə həm biz, həm də şikayətçi inanır...

Az qala hər həftə təkcə Göyçaydan 2-3 şikayət məktubu alırıq...

Bu dəfə isə Göyçay rayon Çərəkə kənd sakini Əzizova Tikazban Əmiraslan qızı tərəfindən “Təzadlar” qəzeti redaksiyasına narahat doğuran bir şikayət gəlib. Şikayətçi xanım yazır:

"Hörmətli "Təzadlar" qəzetinin redaksiyası!

Bu şikayətimlə yazıb sizə bildirdiyim problemin araşdırılmasını sizdən xahiş edirəm. Belə ki, mən - Əzizova Tikazban Əmiraslan qızı, Göyçay rayon Çərəkə kəndində yaşayıram. Yaşadığım kəndin məktəbi 1-ci Qarabağ müharibəsində şəhidi olan qaynımın adınadır. Beş ildən çoxdur ki, dəfələrlə müraciət etməyimizə baxmayaraq, kənd məktəbində məni xadimə kimi işə götürmürlər. Rayon Məşğulluq Mərkəzində uzun illərdir ki, işsiz kimi qeydiyyatdayam, lakin məndən sonra qeydiyyata düşmüş şəxslər həmin məktəbdə işə götürülür, mən isə kənarda saxlanılıram. Bir müddət əvvəl bizə məlum oldu ki, məktəbdə boş iş yeri var və vakant kimi qeydə alınıb. Bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Ağentliyinin Göyçay rayon Məşğulluq Mərkəzinə getdik. Orada isə bizə bildirdilər ki, gedin, Göyçay rayon Təhsil Şöbəsinə, oradan bizə desinlər ki, sizə göndəriş verək, ya yox! Oradan deməsələr, göndəriş verəsi deyilik.

 Bundan sonra mən Göyçay rayon Təhsil Şöbəsinə getdim. Rayon Təhsil Şöbəsindən bildirdilər ki, biz səndən ötrü heç kəsə zəng edəsi, yaxud sənəd verəsi deyilik, get rayon Məşğulluq Mərkəzinə. Beləcə, məcbur olub təkrarən yenə məşğulluğa getdim. Onlar məni yenə də təhsil şöbəsinə göndərdilər. Bu şəkildə bir gündə iki idarə arasında qaldım. Bundan sonra Göyçay rayon Prokurorluğuna gedib şikayət etdim. Lakin yenə də heç nə olmadı. Vakanta çıxarılmış yer üçün məşğulluq göndəriş vermir, Təhsil Şöbəsi isə məni get-gələ salır. Baş verənlər korrupsiya əməli deyilmi?! Rayon prokurorluğunun bundan xəbəri var, lakin hamısı susur.

Sizin qəzet vəsitəsi ilə ölkə Prezidentinə müraciət edib xahiş edirəm ki, kasıb, savadsız, xadimə işləmək istəyən bir qadını dövlət idarələrində bu cür ələ salırlarsa, daha nə deyək? Nə üçün bir tikə çörək üçün ələ salınıb alçaldılmalıyıq? Nə üçün Göyçay rayon Məşğulluq Mərkəzi vakanta çıxardığı yerə göndəriş verməkdən imtina edir? Və bunu bildiyi halda, rayon prokurorluğu da susur, tədbir görmür. İnsanı həm fiziki, həm də mənəvi cəhətdən yorurlar, ələ salırlar.

Xahiş edirəm, mənə kömək edəsiniz".

Redaksiyadan: Qeyd olunanlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin rəisi Mustafa Abbasbəyli ilə 012- 541 98 50 nömrəli telefonla əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə çalışırıq. İnanırıq ki, problem tezliklə həllini tapacaq.

E.ŞİRİNOV 

Pin It

Təəssüflər olsun, kiçik məmurların böyük əməllərinin altını Avropa İnsan Haqları Məhkəməsindən Azərbaycana göndərilən cəza qərarları ilə dövlətimiz çəkməli olur...

Pin It

Possovet mənəvi cənubuna nə vəd edir?

Pin It

Azərbaycanda deputatın şirkətinə cərimə protokolu yazılıb.

Pin It

“Ukrayna qüvvələri Kiyevin şimal-qərbində, o cümlədən İrpen, Buça və Qostomeldə lokal əks-hücumlar keçirməyə davam edir. Bu hücumlar müəyyən uğur qazanıb və rusiyalılar bir sıra mövqelərdən geri çəkiliblər. Bununla belə, Rusiya zərbə imkanlarına görə şəhər üçün hələ də ciddi təhlükə yaradır”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN