REGİONLARDA SAĞLAMLIQ VƏ AİLƏ PLANLAMASI MÖVZUSUNDA GÖRÜŞLƏR KEÇİRİLİB
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən reproduktiv sağlamlıq və ailə planlaması mövzusunda məlumatlılıq səviyyəsinin artırılması məqsədilə müxtəlif yaş qrupundan olan icma sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlərin keçirilməsinin məqsədi maarifləndirmə vasitəsilə körpələrin sağlam doğulmasına, ana və körpə ölümünün sayının azalmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına nail olmaqdır.