GORANBOYDA FERMERLƏRİN SU PROBLEMİ
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun Goranboydakı kadrlarından xəbəri yoxdur. Biz belə hesab edirik, bəlkə də var. Ancaq o da var ki, əgər xəbəri olsaydı, sözügedən rayonun Qəmərli kəndindən olan bir qrup fermer əkin sahələrini suvara bilmələri üçün su tapardılar.