Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun Goranboydakı kadrlarından xəbəri yoxdur. Biz belə hesab edirik, bəlkə də var. Ancaq o da var ki, əgər xəbəri olsaydı, sözügedən rayonun Qəmərli kəndindən olan bir qrup fermer əkin sahələrini suvara bilmələri üçün su tapardılar.

Fermerlər bildirir ki, bir ildən artıqdır bu problemi yaşayırlar.

Əsas narahatlıq yaradan məsələ odur ki, ayrı-ayrı məmurların sahələrinə su verilir, sıravi kənd sakinləri olan fermerlərin isə əkin-biçinləri məhv olur.

Fermerelər açıqlamalarında maraqlı bir məqama da toxunublar: "Məsələ ondadır ki, Zaur Mikayılov Meliorasiya və Su Təsərrüfatı ASC-yə sədr təyin olunandan sonra bu problem yaranıb. Bundan əvvəlki rəhbərlik heç olmasa camaatın dərdini dinləyirdi, müəyyən qədər kömək edirdi. Amma Meliorasiya və Su Təsərrüfatı ASC-də dəyişiklik baş verəndən sonra problemlər yaşamağa başlamışıq".

Qeyd edək ki, narazı fermerlər arasında hətta 400 hektar sahəsi olanlar da su ilə bağlı çətinliklə üzləşiblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN