Özbəkistan parlamentinin Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında Prezident Şavkat Mirziyoyevin fərmanını təsdiqlədiyi barədə məlumat vermişdik.

Xatırladaq ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iğtişaşların baş verdiyi Qaraqalpaq Respublikasının ərazisində iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.

Vətəndaşların təhlükəsizliyini təmin etmək, onların hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə, Prezidentin sərəncamına əsasən, iyulun 3-ü saat 00:01-dən avqustun 2-si saat 00.00-dək Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Qeyd edəkki, Qaraqalpaqstan Respublikasında baş verən iğtişaşlar nəticəsində 18 nəfər həlak olub, 240-dan çox insan yaralanıb.

Bu barədə Özbəkistan Baş prokurorluğunun nümayəndəsi Abror Mamatov brifinqdə bildirib.

“Nukusda iyulun 1-2-də baş vermiş iğtişaşların gedişində 18 nəfər həlak olub, ümumilikdə 243 vətəndaş, o cümlədən hüquq mühafizə orqanlarının 38 əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb”, - Baş prokurorluğunun nümayəndəsi belə deyib.

Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən 516 nəfər saxlanılıb. Özbəkistan Baş prokurorluğu Nukus şəhərindəki iğtişaş faktı üzrə konstitusiya quruluşuna qəsd maddəsi ilə cinayət işi başlayıb.

Qeyd etdiyimiz kimi, Qaraqalpaqstanda konstitusiya dəyişikliklərinə qarşı qanunsuz etiraz aksiyalarından sonra bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqstan Respublikasının statusuna dair konstitusiya dəyişikliklərindən imtina etmək qərarına gəlib.

Ölkədə konstitusiya islahatları barədə hazırlanmış qanun layihəsində Qaraqalpaqstanın Özbəkistan Respublikasının tərkibində suveren respublika olması və qaraqalpaq xalqının ümumi referendumunun nəticələrinə əsasən Özbəkistandan ayrıla bilməsi ilə bağlı müddəaların Əsas Qanundan çıxarılması nəzərdə tutulurdu.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN