Çinin Şanxay şəhərində bıçaqla silahlanmış şəxs xəstəxanada insanlara hücum edib.
Hadisə nəticəsində dörd nəfər yaralanıb. Onların sağlamlıq vəziyyətinin ağır olmadığı deyilir.
Hadisə yerinə gələn polis əməkdaşları bıçaqlı şəxsin qarşısını almaq üçün atəş açmalı olub. Yaralanan şəxs piolis tərəfindən saxlanılıb.
İnsindentlə bağlı araşdırma aparılır.
Bu, Şanxay şəhərində bir həftə ərzində baş vermiş ikinci bıçaqlı hücum olub. İyulun 4-də 59 yaşlı şəxs keçmiş işəgötürəni ilə mübahisə zəminində ətrafdakılara hücum edib və bir neçə nəfəri yaralayıb.