Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, İsmayıllı rayonu Bizlan kəndində fiziki şəxs Hümbətov Zaur Nazim oğluna məxsus “Səma” kafesində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Belə ki, sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimdən istifadə etmədiyi müəyyən olunub.
Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib.
Araşdırmalar davam etdirilir.