Bu gün bir qrup Qarabağ qazisi Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirib.

Onlar son günlərdə qazilərin intihar hallarının artması ilə bağlı toplaşaraq etirazlarını bildiriblər.

Daha sonra qazilər parlamentin rəhbərliyi tərəfindən qəbul ediliblər.

Qeyd edək ki, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 35 yaşlı qazi 2 gün öncə dünyasını dəyişib. O, intihar etməzdən öncəki son videosunda Sabirabad Rayon İcra Hakimiyyəti başçısının qəbuluna düşə bilmədiyini bildirmişdi.

E.ŞİRİNOV        

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN