Bu gün iyulun 14-də səhər saatlarında Rusiyanın Vinnitsaya raket zərbələri nəticəsində biri azyaşlı uşaq olmaqla azı iki nəfər həlak olub.

Tezadlar.az Ukrayna KİV-lərinə istinadla bildirir ki, bu barədə Telegram-da Milli Polis məlumat paylaşıb. Sitat: “İndi 6 yaralı və 2 ölü, o cümlədən dağıntılar var”.
İlkin məlumatlara görə, 3 rus raketi ofis binasına düşüb. Zərbələrdən Zabitlər Evi və yaxınlıqdakı yaşayış binaları da zədələnib. Raket düşən yerdə yanğın baş verib, yanğın dayanacağa keçib. Hazırda 50-yə yaxın avtomobil yanır. Xilasedicilər hadisə yerindədir. 

Qeyd edək ki, bu gün səhər saatlarında ruslar Vinnitsanın mərkəzinə raket zərbələri endirib, yanğınlar törədib. Müxtəlif mənbələrə görə, 2-dən 4-ə qədər partlayış olub. Vinnitsa vilayətinin rəhbəri Sergey Borzovun sözlərinə görə, bölgə üzərində daha 4 raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN