Viktor Orban Moskvaya qarşı sanksiyalar nəticə vermədiyi üçün Aİ-nin Ukraynadakı müharibə ilə bağlı yeni strategiyaya ehtiyacı olduğunu bildirib.

  Reuters-in məlumatına görə, bunu Macarıstanın baş naziri Viktor Orban Rumıniyada çıxışı zamanı deyib.

 “Müharibədə qalib gəlmək əvəzinə, sülh danışıqlarına və yaxşı sülh təklifinin hazırlanmasına diqqət yetirməli olan yeni strategiya lazımdır” - söyləyib.

 O, qeyd edib ki, Qərbin Ukrayna ilə bağlı strategiyası dörd sütun üzərində qurulub: Ukrayna Qərb silahlarının köməyi ilə Rusiya ilə müharibədə qalib gələ bilər, sanksiyalar Rusiyanı zəiflədəcək və onun liderliyini sabitsizləşdirəcək, sanksiyalar Avropadan daha çox Rusiyaya zərər verəcək və dünya Avropaya dəstək üçün sıraya düzüləcək.

Onun sözlərinə görə, bu strategiya uğursuzluğa düçar olub, hansı ki, Avropada hökumətlər “domino daşları kimi” düşdükcə, enerji qiymətləri kəskin şəkildə qalxdı və indi yeni strategiyaya ehtiyac var.

 "Biz dörd təkərin hamısı deşilmiş maşında oturmuşuq: tamamilə aydındır ki, bu, müharibədə qalib gəlməyin yolu deyil", - Orban bildirib.

 Onun fikrincə, Ukrayna  Rusiya ordusu sadəcə assimetrik üstünlüyə malik olduğu üçün müharibədə qalib gələ bilməyəcək.

 Orban Rusiya ilə Ukrayna arasında sülh danışıqları şansının da olmadığını deyib. “Rusiya təhlükəsizlik zəmanəti istədiyi üçün bu müharibə ancaq Rusiya və Amerika arasında sülh danışıqları ilə bitə bilər”, - deyib.

 Baş nazir bir daha vurğulayıb ki, NATO üzvü olan Macarıstan Ukraynadakı müharibəyə qarışmayacaq, çünki bu, öz əhalisini təhlükə altına salacaq.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN