Abxaziyada hökumət binaları kompleksi yaxınlığında baş verən iğtişaşlar zamanı xəsarət alanların sayı 14 nəfərə çatıb.
Tezadlar.az bildirir ki, bu barədə “Apsnypress” respublika xəbər agentliyi məlumat yayıb.
“Noyabrın 16-da səhər saatlarında səhiyyə naziri Eduard Butba bir gün əvvəl hökumət binaları kompleksi yaxınlığında baş vermiş toqquşmalarda yaralanan vətəndaşlara baş çəkib, nazirə xəstələrin sağlamlıq vəziyyəti barədə məlumat verilib. Ümumilikdə, 14 vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri ilə respublika xəstəxanasına müraciət edib. Onların hamısına həm ambulator, həm də stasionar lazımi tibbi yardım göstərilib”, - məlumatda deyilir.
Butba qeyd edib ki, bütün xəstələr dərmanla təmin olunur və gecə-gündüz tibbi yardım alırlar. Bütün tibb müəssisələri normal rejimdə işləyir.
E.ŞİRİNOV