Ötən gün Bakıda gənc qız və oğlan itkin düşməsi barədə məlumat yayıldı...

Belə ki, iyulun 25-də 2006-cı il təvəllüdlü Həsənova Sevinc Habil qızı yaşadığı paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən evlərindən çıxaraq bir daha geri qayıtmayıb. Bundan başqa, eyni gündə 2006-cı il təvəllüdlü Sadiqi Namiq Məmməd oğlu yaşadığı Xətai rayonu, Levonovski küçəsində yerləşən evlərindən çıxaraq bir daha geri qayıtmayıb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Şöbəsində və Xətai RPİ-in 37-ci Polis Bölməsində araşdırmalar aparılır.

Maraqlıdır ki, adətən belə cütlüklərin itkinliyi ilə araşdırmalar aparılarkən sonradan bəlli olur ki, onlar valideynlərindən gizlənmək üçün bu yola əl atıblar. Bütün hallarda, valideynlərlə profilaktik dinləmələrdən sonra hər şey bəlli olacaq. Sadəcə olaraq, polis əməkdaşlarına əlavə əziyyət verməyə dəyməz yəqinki...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN