Gədəbəy rayonunun Qoşabulaq kənd sakini Ülkər Məmmədova şikayət ərizəsi ilə mətbuata müraciət edib.

Şikayətçi yazır ki, Qoşabulaq kəndi ərazisində yerləşən meşə massivində hər kəsin Şahzadə bulağı kimi tanıdığı ərazi Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinə aiddir.

Sözügedən meşə massivində sabiq polis rəisi Cahangir Hüseynov tərəfindən bir neçə kotejlər tikilib. Həmin kotejlər C.Hüseynov tərəfindən "Rembo" ləqəbli bir şəxsə həvvalə edilib. Bu "Rembo" da kotejləri əxlaqsızlıq yuvasına çevirib.

Ü.Məmmədova onu da qeyd edir ki, nə özləri o meşəyə gedə bilir, nə də qohum-əqrabası. Bu meşə massivində yay mövsümü bütün Gəncəbasar əhalisi gəlib istirahət edirlər.

Sabiq polis rəisinin "Rembo"su ümumi istifadə də olan ayaqyolu və bulaqdan əhalinin istifadəsinə icazə vermir.

"Rembo" deyir ki, "Bu meşədə mənəm, Bağdadda kor xəlifə". Kənd sakinləri meşə fondu üzərində "cəlladlıq" edən bu şəxsin özbaşınalığından dəfələrlə Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə şikayət edilsə də, heç bir tədbir görülmədiyini bildirirlər.

Şikayətçi xanım, eləcə də kənd sakinləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru M.Tağıyevdən xahiş edirlər ki, ərazidə tikilən kotejlər sökülsün.

Əminik ki, DİN-in, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi Qoşabulaq kənd sakini Məmmədova Ülkər Kazım qızının şikayəti araşdırılaraq meşə fondu ərazisndə əxlaqsız yuvası kimi fəaliyyət göstərdiyi iddia edilə kotejlərin fəaliyyətinin dayandırılmasına göstəriş verəcək.

Şikayətlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV        

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN