Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı İlya Darçiaşviliyə tviter hesabında ünvanladığı başsağlığında hadisədən təəssüfləndiyini deyib...
C.Bayramov Gürcüstanın Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması barədə xəbərdən çox kədərləndiyini və dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı verib.
Türkiyənin Xarici İşlər Nazirliyi, Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi, Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi və bir sıra xarici təşkilatlar və qurumlar da, Qudauridə xilasetmə əməliyyatı zamanı faciəvi şəkildə həlak olan cəsur ekipaj üzvlərinin, xilasedicilərin və tibb işçilərinin ailələrinə və yaxınlarına başsağlığı verib.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Qudauri bölgəsində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb. Həlak olanların 4-ü ekipaj üzvü, digər 4-ü isə xilasedici və tibb işçiləridir. Qəzanın səbəbləri bəlli deyil, araşdırmalar aparılır.
A.Məmmədli