booked.netbooked.net booked.net  

Xəbər verildiyi kimi, sahibkar Əbülfəz Məlikov saxlanılıb.

Bu barədə yerli KİV-lər bildirib.

Həmin mənbələrə görə, o, Dövlət Təhlükəsizliyi Xidmətinin araşdırdığı yüksək vəzifəli gömrük əməkdaşlarının cinayət işi çərçivəsində məsuliyyətə cəlb olunub.

Qeyd edəkki, Ə.Məlikov gömrük rəsmiləşdirilməsi sahəsində "brokerlik fəaliyyəti" ilə tanınır.

Bundan əvvəl mediada bildirildiyi kimi, Azərbaycanda qeyri-qanuni rüsumlarla ölkəyə mal gətirən sahibkarların vergiyə cəlb edilməsi “broker xidmətləri” adlanan sxemlərlə həyata keçirilib.

Sahibkarla gömrük məmuru arasında “birbaşa əlaqələr”in istisna edilməsi bəhanəsilə sənədləşmə işləri “brokerlər” vasitəsilə həyata keçirilib.

İddialara görə, Ə.Məlikov müəyyən ödəniş müqabilində malların xeyli aşağı qiymətlərlə sənədləşdirildiyi böyük strukturlardan birinə nəzarət edib.

Bu, Ə.Məlikovun vasitəsilə işləyən firmalara üstünlükləri yaradırdı, eyni zamanda dövlətə vergi daxilolmalarının azaldılmasından yetərincə vəsait daxil olmayıb.

KİV-lərin yazdığına görə, Ə.Məlikov dövlət büdcəsinə vergi və gömrük ödənişlərindən yayınmaqda, vəzifə saxtakarlığında şübhəli bilinərək cəlb olunub.

Həmçinin, iddia olunur ki, Məlikov müəyyən növ mallar üzrə idxal inhisarlarına sahib olub.

KİV-lərin məlumatına görə, Məlikov Fövqəladə Hallar Nazirliyi rəhbərinə yaxın adamdır, əvvəllər isə Dövlət Gömrük Komitəsinin rəhbəri Kəmaləddin Heydərova yaxın olub.

Onu da qeyd edək ki, hələlik hüquq-mühafizə orqanları Əbülfəz Məlikovun saxlanılması barədə məlumatı rəsmi olaraq təsdiqləməyiblər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA