Küveyt mətbuatında avqustun 4-də radikal dini qrup üzvləri tərəfindən Azərbaycanın Londondakı səfirliyinə edilən hücumla bağlı materiallar dərc olunub.

Belə ki, Küveytin “Dasman” və “Nabd” qəzetlərində Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktı ilə bağlı bəyanatı yayımlanıb.

Küveyt KİV-ləri, həmçinin bu vandalizm aktını pisləyən “Dasman” qəzeti redaksiyasının mövqeyinin və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin rəhbəri Fuad Hüseynzadənin fikirlərinin əks olunduğu “Azərbaycan bu cür təxribatların qarşısını layiqincə ala bilən, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq iqtidarında olan bir ölkədir” sərlövhəli məqalə dərc edib. Küveyt ictimaiyyətinin diqqətinə çatdırılıb ki, ictimai-siyasi sabitliyin və tərəqqinin olduğu ölkəmizin uğurları düşmən qüvvələri narahat edir. Onlar Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı qələbəni həzm edə bilmir və buna görə də ölkəmizə qarşı təcavüzkar planlar həyata keçirməyə çalışır, müxtəlif təxribatlara əl atırlar. Londondakı səfirliyimizə qarşı törədilmiş barbarlıq aktı 53 maddədən ibarət Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının birbaşa pozulmasıdır.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş müstəqil dövlətdir və istər daxildə, istərsə də xaricdə Azərbaycana qarşı təxribatlar törədənlər çirkin məqsədlərinə nail ola bilməyəcəklər”, - deyə sonda vurğulanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN