TEZADLAR.AZ Prezidentin rəsmin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin polkovniki Elşən Əsgər oğlu Zeynalova general-mayor ali hərbi rütbəsinin verilməsi barədə Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Polkovnik Elşən Əsgər oğlu Zeynalova general-mayor ali hərbi rütbəsi verilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 avqust 2022-ci il