Türkiyə Gürcüstandan olan həmkarlarına Borjomi bələdiyyəsində baş verən meşə yanğınının söndürülməsində yardım etməyə başlayıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 "Beynəlxalq yardım çərçivəsində səhər saatlarında Borjomi bələdiyyəsində yanğın sektorlarının işlənməsi prosesinə səkkiz tonluq çəni olan (Türkiyənin) yanğınsöndürən təyyarəsi qoşulub. Bu gün daha iki xüsusi yanğın təyyarəsi (Türkiyə) yanğının söndürülməsi işlərinə qoşulacaq”, - məlumatda deyilir.

Qurumdan o da qeyd edilib ki, meşədə baş verən yanğının söndürülməsində Gürcüstan Dəmir Yollarının yanğın qatarı da iştirak edəcək.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gürcü həmkarı İliya Darçiaşvili arasında da telefon danışığı olub.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə, telefon danışığı zamanı M.Çavuşoğlu Barjomidə baş vermiş şiddətli meşə yanğınlarının söndürülməsi istiqamətində Türkiyənin göstərəcəyi dəstək barədə həmkarına kömək vəd edib və “keçmiş olsun” diləklərini çatdırıb.

Xatırladaq ki, avqustun 21-də Gürcüstanın Barjomi şəhərindəki meşədə başlanan yanğın  ildırım vurması nəticəsində alovlanıb. Yanğın qismən lokallaşdırılsa da, sonra yenidən alovlanıb.

Yanğın baş verdiyi gün yanğının söndürülməsinə 3 helikopter və 250-yə yaxın yanğınsöndürən və xilasedici, o cümlədən Tbilisidən əlavə qruplar cəlb olunub. Məlumata görə, 150 hektardan çox meşə sahəsi yanaraq məhv olub.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN