İraqın baş naziri Mustafa əl-Kazımi paytaxt Bağdadda etiraz aksiyalarının qarşısının alınması üçün güc strukturlarının yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə tapşırıq verib.
Bu barədə yerli KİV-lər yazır.
Qeyd olunur ki, təhlükəsizlik qüvvələrinin ehtiyat bölmələrinə də öz hissələrinə qayıtmaq əmr edilib.
Xatırladaq ki, Bağdadda siyasi xadim Müqtəda əs-Sədrin siyasi fəaliyyətinə son verməsi barədə qərarından sonra onun tərəfdarlarının etirazı başlayıb. Etirazçıların Respublika sarayına daxil olduğu bildirilib.