Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Oleksiy Arestoviçin sözlərinə görə, ölkənin cənubunda Ukraynanın əks-hücum əməliyyatı “düşməni darmadağın etmək üçün ləng əməliyyat” olacaq.
Tezadlar.az CNN-ə istinadən bildirir ki, bazar ertəsi günü axşam saatlarında Telegram hesabında yerləşdirdiyi bəyanatda Arestoviç deyib: “Bu proses çox da sürətli olmayacaq, ancaq Ukraynanın bütün yaşayış məntəqələri üzərində Ukrayna bayrağının ucaldılması ilə başa çatacaq”.
Bəzi mənbələrə görə, Ukrayna rəsmiləri bazar ertəsi bildiriblər ki, Rusiyanın nəzarətində olan cənub əraziləri geri almaq üçün hərbi əməliyyatlar davam edir. Mənbə CNN-ə bildirib ki, Ukrayna əsgərləri Xerson şəhəri yaxınlığındakı dörd kəndi geri alıblar. Bu, Rusiyanın Ukraynadakı müharibəsinin altı ayı tamamladığı vaxta təsadüf edir.
E.ŞİRİNOV